Rusiya aeroportunda azərbaycanlının 2,7 milyon dolları qarət edildi - FOTO

Rusiya aeroportunda azərbaycanlının 2,7 milyon dolları qarət edildi - FOTO
KRİMİNAL
14:33 28.11.2013
2055

İstanbuldan gələn və “Şeremetyevo” hava limanında 2,7 milyon dolları qarət edilən sərnişin azərbaycanlı imiş.

AZXEBER.COM “Life News”a istinadən xəbər verir ki, bu, 31 yaşlı Azərbaycan əsilli Zaur Qədimovdur.Zərərçəkənin sözlərinə görə, altı kamuflyaj formalı və maskalı şəxs aeroportun “D” terminalının çıxışında ona hücum ediblər. Maskalılar həmyerlimizi avtomatla hədələyərək avtomobilə əyləşdiriblər və hava limanından uzaqlaşıblar. Yolda isə onun pulla dolu çantasını əlindən alaraq özünü bayıra atıblar.Avtomobilin nömrə nişanını müəyyən etmək mümkün olub. Faktla bağlı cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR