Rusiya Böyük Britaniyanın Baş naziri Boris Conson, xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uollesin ölkəyə girişinə qadağa qoyub.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Britaniyaya qarşı şəxsi sanksiyaların tətbiq edilməsi barədə qərar Londonun Rusiyaya qarşı informasiya-siyasi kampaniya həyata keçirməsinə cavab tədbiri olaraq verilib.