Rusiya Finlandiya ilə bağlı sərt açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Finlandiyanın NATO-ya üzvlüklə bağlı bəyanatına Rusiya sərt reaksiya verib.
Belə ki, Rusiya Finlandiyanın bəyanatlarına təhdid xarekterli cavab verib.
Kremlin bəyanatında deyilir:
"Finlandiya Avropa Birliyinin Rusiyaya qarşı qeyri-dost addımlarına qoşulmağa başlayıb. Bu, təəssüf doğuran addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir, çox peşman olacaqlar".
Bəyanatda həmçinin Rusiyanın qətiyyətli cavab vermək üçün hər an hazır olduğu bildirilib:
"NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirməyəcək. Rusiya Ukraynaya müdaxilə etməyə çalışan və hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".
Ayşən