Rusiya Ukraynanın Dnepr şəhərinəə 2 raket hücumu həyata keçirib.
AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Dnepr vilayətinin qubernatoru Valentin Rezniçenko açıqlama verib.
"Boş quşçuluq fabrikini tamamilə məhv etdilər. Fabrikdə heç kim olmayıb”, - deyə o bildirib.
Rezniçenko sosial media hesabından verdiyi açıqlamada dağıdılan fabrikin vurulan fotolarını əlavə edib.
Qubernator Rezniçenko onu da əlavə edib ki, daha bir strateji əhəmiyyətli nöqtə Rusiya tərəfindən hədəfə alınıb.