Rusiya İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvini tələb etdi

Rusiya İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvini tələb etdi
DÜNYA
21:59 21.07.2022
369
Rusiya Ədliyyə Nazirliyi İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvi üçün məhkəməyə müraciət edib.

AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Moskvanın Basmannı vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mövzu ilə bağlı ilkin baxış iclası iyulun 28-də keçiriləcək.

"JAFI" 1929-cu ildə dünya yəhudilərini İsraillə birləşdirmək məqsədi ilə yaradılıb. Sözügedən agentlik həm də yəhudilərin Fələstin torpaqlarına köçürülməsi üçün fəaliyyətlər həyata keçirməklə tanınır.
OXŞAR XƏBƏRLƏR