Rusiya nüvə silahından istifadə edə bilərmi? - "Yalnız son çarə kimi..."

Rusiya nüvə silahından istifadə edə bilərmi? - "Yalnız son çarə kimi..."
DÜNYA
14:12 16.04.2022
355
"Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi ehtimalı olduqca azdır".

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko telemarafonun efirində deyib.

"Hazırda hər hansı nüvə zərbəsindən söhbət gedə bilməz. Biz bunu nəzəri cəhətdən istisna edə bilərikmi? Xeyr, təəssüf ki, edə bilmərik. Lakin ehtimal olduqca aşağıdır", deyə Denisenko bildirib.

Daxili işlər nazirinin müşaviri qeyd edib ki, Rusiya nüvə silahından yalnız son çarə kimi istifadə edə bilər. Çünki həmin vaxtadək Ukraynaya qarşı müharibənin başlanmasından sonra Moskvanın ən yaxın müttəfiqlər olan Çin, Hindistan və Belarus Rusiyanı meydanda tək qoya bilər.
 
Bundan əlavə, Denisenko əlavə edib ki, Rusiya öz səylərini Ukrayna qoşunlarını mühasirəyə almaq və ölkənin şərq bölgəsində döyüşmək üçün cəmləşdirir. Onun sözlərinə görə, Ukraynanın yaxın günlərdə, bəlkə də həftələrdə müşahidə edəcəyi əsas hadisələr Donbassdakı proseslər olacaq.

Qeyd edək ki, Rusiyanın informasiya məkanında Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsi ilə bağlı məlumatların yayılmasının yeni dalğası başlayıb. Müdafiə Nazirliyinin spikeri Aleksandr Motuzyanyk bildirib ki, Ukrayna kəşfiyyatı və xarici kəşfiyyat xidmətləri Rusiya Federasiyasının kütləvi qırğın silahlarından, xüsusən də nüvə silahlarından istifadə etmək niyyətində olması barədə məlumatlara malik deyil.
 

 


OXŞAR XƏBƏRLƏR