Rusiya ordusu Ukraynanın enerji obyektlərini vurub

Rusiya ordusu Ukraynanın enerji obyektlərini vurub
DÜNYA
14:14 17.01.2026
454
Rusiya ordusu operativ-taktiki aviasiya, döyüş dronları, raket qoşunları və artilleriya vasitəsilə Ukraynanın 167 bölgəsində enerji və nəqliyyat infrastrukturu obyektlərini, hərbi obyektlərinə zərbə endirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələrinin qrupu tərəfindən Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan enerji və nəqliyyat infrastrukturu obyektləri, silah anbarları, yığma sexləri, saxlama və uçuşdan əvvəl hazırlıq məntəqələri, uzaqmənzilli pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri, həmçinin Ukrayna silahlı birləşmələri və xarici əsgərlərin müvəqqəti yerləşmə nöqtələri vurulub”, – Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib.
 
APA 
OXŞAR XƏBƏRLƏR