Ukrayna Rusiyanın PUA-larla Odessaya hücumu nəticəsində liman infrastrukturunun zədələndiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Rusiyanın Ukraynanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda liman infrastrukturuna, taxıl anbarı və inzibati binaya ziyan dəydiyi bildirilib.
Ukraynanın Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından açıqlama verərək, Rusiyanın bölgənin cənubundakı İzmail rayonuna gecə saatlarında 3 saat ərzində hücum təşkil etdiyini bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında Şahed-136/131 tipli PUA-larla Sumi və Odessa bölgələrinə hücum etdiyi deyilib.
Gülay