Rusiya sahilləri yaxınlığında iki zəlzələ oldu

Rusiya sahilləri yaxınlığında iki zəlzələ oldu
DÜNYA
09:16 26.12.2025
91
Sakit okeanda, Rusiyanın Saxalin vilayətinin Cənubi Kuril adaları yaxınlığında 4,6 və 4,5 bal gücündə iki zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki,  bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

Məlumata əsaən, dekabrın 26-na keçən gecə Sakit Okeanda 4,6 və 4,5 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələnin episentri İturup adasından 117 km cənub-şərqdə olub. Təkanların ocaqları müvafiq olaraq 32 km və 48 km dərinlikdə yerləşib.
OXŞAR XƏBƏRLƏR