Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu

Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
DÜNYA
11:01 23.04.2024
124
Rusiya paytaxt Kiyevə və Ukraynanın 3 bölgəsinə PUA və raketlərlə hücum edib.

AZXEBER.COM xəbər verir ki, Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum edib.
 
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədəd "Şahed" tipli PUA ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib. 

Açıqlamada Kiyev, Mikolayiv, Odessa və Çerkassı vilayətlərində 15 PUA-nın hava qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR