Kremlin sözcüsü Dmitri Peskov Moskvada jurnalistlərin cari məsələlərlə bağlı bəzi suallarını cavablandırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Rusiya rəsmilərinin tezliklə Mayamidə görüş keçirəcəyi xəbərini şərh edən Peskov deyib: "Həqiqətən də, ABŞ-ın avropalılar və ukraynalılarla gördüyü işlərin nəticələri barədə məlumat almaq üçün amerikalı həmkarlarımızla müəyyən əlaqələrə hazırlaşırıq" deyə bildirib.
Venesuelanın şimal sahillərində ABŞ hərbi mövcudluğunun artması və bölgədə gərginliyin artması ilə bağlı danışan Peskov bunları deyib: "Latın Amerikası regionunda gərginliyin artdığını görürük və bunu potensial olaraq çox təhlükəli hesab edirik".
Region ölkələrini təmkinli olmağa çağıran Peskov "Venesuela bizim müttəfiqimiz, tərəfdaşımızdır. Ən yüksək səviyyədə də daxil olmaqla, daimi əlaqələrimiz var" deyə fikrini tamamlayıb.
Gülay










































