Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən görüşün keçiriləcəyi "The Ritz-Carlton” otelinin binasını tərk etməyi xahiş ediblər.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.