25 yaşlı Tərhan Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib
Rusiyada 1 yaşlı körpəni öldürən azərbaycanlıya hökm oxunub. ANS PRESS-in verdiyi məlumata görə, hadisə ötən ilin fevralında Stavropol rayonununda qeydə alınıb.Hadisə 25 yaşlı Tərlan Hacıyev rəfiqəsinin evində olub. Orada olarkən rəfiqəsinin balaca oğlunun ağlaması və ərköyünlük etməsi ona xoş gəlməyib. Kişi azyaşlı uşağın qarnına zərbə vurub. Körpə aldığı xəsarətlər nəticəsində, həkimlər gələnə kimi dünyasını dəyişib.Rusiya Federasiyasının cinayət məcəlləsinin 111-ci maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarına əsasən Hacıyev 10 il müddətində azadlıqdan mərhum edilib. O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.