Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin hərtərəfli yoxlanması ilə bağlı baş prokurora müraciət edilib

Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin hərtərəfli yoxlanması ilə bağlı baş prokurora müraciət edilib
SOSİAL
11:01 04.07.2025
213
"Ədalətli Rusiya - Həqiqət uğrunda" (ƏRHU) partiyasının lideri Sergey Mironov baş prokuror İqor Krasnova Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların yoxlanılması tələbi ilə müraciət göndərib.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər verir.

"Sizdən Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların fəaliyyətinin hərtərəfli yoxlanılmasını xahiş edirəm", - müraciətdə deyilir.

S.Mironov xüsusilə "Sadovod" və "Fud Siti" ticarət komplekslərinin fəaliyyətinin qanunlara uyğunluğunun yoxlanılmasının zəruriliyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR