23:20 Bazar Ertəsi, 09 Dekabr 2019
DÜNYA

Rusiyada azərbaycanlı ata və oğulları amansızcasına döyüldü

23:33, 04.07.20199310
Rusiyada azərbaycanlı ata və oğulları amansızcasına döyüldü
Rusiyada MMA döyüşçüsü başda olmaqla kazaklar azərbaycanlı ailənin üzvlərini amansızcasına döyüblər.

Hadisə Çelyabinsk bölgəsinin Verxnıy Ufaley şəhərində baş verib.

Hadisəni yerli üç kazak və qarışıq döyüş növləri üzrə idmançı Sergey Kalinin törədib. Qumbara və odlu silahlarla silahlanmış kazaklar yerli sahibkar Eminəli Musayevin ailə üzvlərini döyüblər.

Əvvəlcə onun 24 yaşlı oğlu İlqarı kafedə amansızcasına vurublar. İlqar atası və qardaşı ilə birlikdə məsələni dinc yolla həll etməyə gələndə isə şəhərin mərkəzində onların üstünə atılıblar. Bununla belə, İlqarın köməyə gəlmiş iki dostuna slavyan olduqlarına görə, toxunmayıblar.

Valideynləri ilə birlikdə uzun müddətdir Verxnıy Ufaley şəhərində yaşayan 24 yaşlı İ. Musayevlə yerli kazaklar arasında insident iyulun 2-də "Sozvezdie” kafesində baş verib. İlqarın sözlərinə görə, yarım il əvvəl keçmiş xüsusi təyinatlı İvan Spiridonovla dalaşıb. Onlar bir-birilə danışdıqdan sonra ayrılıblar. Həmin vaxtdan İlqar İvanı görməyib.

İ. Musayev bildirib ki, bir müddət əvvəl kazakların sırasına qoşulmaq istəyib. Lakin ona müsəlman olduğu üçün kazakların cərgəsinə qoşula bilməyəcəyini deyiblər.

İyulun 1-də kazakların liderlərindən biri, MMA döyüşçüsü S. Kalinin İlqara zəng edərək fikrindən daşınıb-daşınmamasını soruşur. İlqar bu məsələnin bağlandığını desə də S.Kalinin azərbaycanlının onlarla zarafatlaşdığını əsas gətirərək növbəti gün onunla görüşməyi təklif edib.

S. Kalinin "Sozvezdie” kafesinə doğma qardaşı Rodion və həmin xüsusi təyinatlı İvanla gəlir. Görüş zamanı S. Kalinin İlqarı söyüb, ailəsini, anasını təhqir edib. İlqar ona "axmaqsanmı” deyəndə S. Kalinin yumruqla onun başına zərbə endirir. İlqar oturduğu stuldan yerə yıxılır. Rodion onu ayağa qalxmağa qoymur, İvan isə tapança ilə hədə-qorxu gəlməyə başlayır və havaya atəş açır.

Ardından İlqarı döyərək əllərini qandallayırlar. İlqarın doğma qardaşı Elfat zəng edərək həmin uşaqlarla danışmağı və münaqişəni sülh yolu ilə nizamlamağı təklif edib. İyulun 3-də ata və oğulları kazaklarla görüşüb. Lakin görüş yerində kazaklar silahlı olublar. Onlardan biri Elfata qılıncla zərbə yetirib. Ardından 20-yə yaxın kazak davaya qoşulub. Azərbaycanlıları möhkəm döyüblər, hətta yerdə sürüyüblər, sonra isə atəş açmağa başlayıblar. Hadisə yerində yeddi giliz tapılıb. Polis hadisə yerinə gələndə münaqişəni yatırmaq əvəzinə baş verənləri telefona çəkməyə başlayıb. Polis hadisə yerində heç kəsi saxlamayıb. Davanın iştirakçıları hadisə yerindən qaçıblar.

Sonradan məlum olub ki, Kalinin qardaşları və Spiridonov saxlanılıb. Onlara xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb./oxu.az
XƏBƏR LENTİ