Rusiyada son bir gündə daha 12 953 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 151 984 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 480 nəfər artaraq 82 876-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 697 433 nəfər sağalıb.
///Report