Serqiyevo-Posadski şəhər məhkəməsi azərbaycanlı qarpız satıcısı Bəxtiyar Əliyev haqqında qiyabi olaraq hökm çıxarıb.
O bazarda motosikletçi Leonid Frolovun ölümü ilə nəticələnən münaqişəyə dair iş üzrə bir il müddətinə azadlıqdan məhrum edilib.AZXEBER.COM “Russian Today”a istinadən xəbər verir ki, məhkəmə eyni zamanda bu cəza müddətini artıq çəkilmiş hesab edib.Mərhum baykerin yoldaşları məhkəmənin qərarından şikayət edəcəklərini bildiriblər.Məhkəmə B.Əliyevi ehtiyatsızlıqdan ölümə səbəb olmaqda müqəssir bilib. Qərarda azərbaycanlının mərhumun qohumlarına təzminat qismində 925 min rubl ödəməsi nəzərdə tutulur. Qərara əsasən, ittiham edən tərəf müttəhimin cinayəti törətmək niyyətini sübuta yetirən kifayət qədər dəlil gətirməyib.Xatırladaq ki, istintaqın fərziyyəsinə görə, 30 iyun 2012-ci il tarixində Merkuri bazarında Əliyev əlbəyaxa döyüş zamanı Frolovun üzünə zərbə endirib, o isə aldığı zərbədən yerə yıxılıb və başı asfalta dəyib. Bayker iyunun 8-də rayon xəstəxanasında keçinib.