Rusiyada pandemiya qurbanlarının sayı 43 597-yə çatıb

Rusiyada pandemiya qurbanlarının sayı 43 597-yə çatıb
DÜNYA
12:12 07.12.2020
475
Rusiyada son bir gündə daha 28 142 nəfərə COVID-19 diaqnozu qoyulub.
 
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 488 912 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 43 597-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 956 588 nəfər sağalıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR