Rusiya Daxili İşlər Nazirliyi polis əməkdaşlarına "WhatsApp” mesajlaşma proqramından istifadə etməyi qadağan edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya mətbuatında yayılan xəbərlərə görə, Rusiyada polis əməkdaşlarına "WhatsApp” vasitəsilə bütün yazışmalarını silmək və "Telegram” tətbiqindən istifadə etmək tapşırılıb.
Bundan başqa 2022-ci ilin martında Rusiyanın Tver Məhkəməsi "Facebook” və "WhatsApp”ın da sahibi olan "Meta”şirkətini "radikal təşkilat” hesab edərək şirkətin Rusiyadakı fəaliyyətini qadağan edən qərar çıxarıb.
Gülay