Ukrayna ilə müharibə ərəfəsində seçkiyə gedən Rusiyada Putinin gücünü müxalifətsiz möhkəmləndirəcəyi gözlənilir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada insanlar 3 gün davam edəcək seçkilər üçün bu gün seçkiyə gedir.
Seçkilər öncəsi ictimaiyyətə müraciət edən prezident Vladimir Putin hamını seçkiyə çağırıb və Ukraynanın rusiyayönlü Donbass bölgəsində səsvermənin keçiriləcəyini açıqlayıb.
Seçkilərdə Putindən başqa daha üç namizəd mübarizə aparır: millətçi mühafizəkar Leonid Slutski, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov və Yeni Xalq Partiyasından biznesmen Vladislav Davankov.
Ukrayna müharibəsinə və Putin hakimiyyətinə qarşı çıxan bütün namizədlərin sıradan çıxarıldığı, müxalifətə təzyiqlərin artdığı bir vaxtda seçkilər keçirilən Rusiyada Putinin yenidən seçiləcəyi və 24 illik hakimiyyətini möhkəmləndirəcəyi güman edilir.
Qeyd edək ki, bir müddət əvvəl həbsxanada dünyasını dəyişən müxalifət lideri Aleksey Navalninin tərəfdarları ictimaiyyəti seçkini boykot etməyə çağırıb.
2030-cu ilə qədər kreslosunu qoruyacağı gözlənilən Rusiya lideri 2036-cı ilə qədər hakimiyyətdə qala bilsə, o, Rusiyanı 30 ildən çox idarə edən SSRİ lideri İosif Stalinin və İmperator II Yekaterinanın rekordunu qıracaq.
Mikayıl