Rusiyanın Moskva vilayətində yerləşən Domodedovo şəhərində qəlyanxanada partlayış baş verib, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Bu barədə TASS məlumat yayıb.
"Moskva vilayətinin Domodedovo şəhərində, Qaqarin küçəsində yerləşən qəlyanxanada partlayış baş verib. Ehtimal olunur ki, buna həmin məkanda qumbaranın partlaması səbəb olub", - məlumatda qeyd olunub.