Rusiyada uşaqları daşıyan avtobus qəzaya uğradı

Rusiyada uşaqları daşıyan avtobus qəzaya uğradı
DÜNYA
18:55 20.07.2022
300
Altay diyarının Soloneşenski rayonunda içərisində 33 uşaq və bir yetkinin olduğu avtobus aşıb. 

İlkin məlumata görə, dörd məktəbli xəsarət alıb. Avtobus sürücüsü də yaralanıb.

Hadisə yerinə gələn xilasedicilər uşaqları təxliyə ediblər.

Qəzanın hansı şəraitdə baş verməsi hələ də araşdırılır.

Sosial şəbəkələrdə qəzanın ilk görüntüləri yayılıb.
OXŞAR XƏBƏRLƏR