Rusiyada yadplanetli cəsədi tapıldı (VİDEO)

Rusiyada yadplanetli cəsədi tapıldı (VİDEO)
MARAQLI
11:00 20.04.2011
4667

Rusiyanın Sibir bölgəsində qeyri-adi cəsəd tapılıb. Qardan tapılan cəsədin yadplanetliyə aid olduğu iddia edilir "Daily Telegraph" qəzetində yer alan məlumata görə, internetdə izlənmə rekordu qıran videoda cəsəd bir neçə gün öncə Baykal gölünün yaxınlığında, İrkutsk vilayətində çəkilib. 

Videoda əks edilən cəsədin bir ayağı yoxdur, gəlmə olduğu iddia edilən məxluq eyni zamanda böyük başa, içi boş kimi görünən gözlərə, kiçik və qızılı bir bədənə malikdir. 

 Bu video Sibirdə Uçan Naməlum Obyekt qəzaları iddialarını yenidən gündəmə gətirib. Görüntüləri lentə alan sakinlər ötən ay göy üzündə parlaq narıncı rənglər gördüklərini bildiriblər. //Ans Press

OXŞAR XƏBƏRLƏR