Rusiyada yaşayan miqrantlarla bağlı MÜHÜM DƏYİŞİKLİK

Rusiyada yaşayan miqrantlarla bağlı MÜHÜM DƏYİŞİKLİK
DÜNYA
10:00 21.05.2024
163
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığından məhrum edilmiş şəxslərə ölkədə 15 gündən 90 günə qədər qalmağa icazə verilməsini təklif edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "İzvestiya” məlumat yayıb.

Nəşrin məlumatına görə, Nazirlər Kabineti Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq qanun layihəsini təsdiqləyib.

Sənəd vətəndaşlığını itirmiş şəxslərin ölkədə 15 gündən 90 günə qədər qalmasını tələb edir. Rusiya imperiyasına və ya SSRİ-yə məxsus ərazidə daimi yaşayan qohumları olanlar üçün də yaşayış icazələrinin verilməsinin sadələşdirilmiş qaydası nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR