Rusiyadan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alınıb

KRİMİNAL
15:38 01.11.2013
2311
Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan şəxslər ifşa edilib.

Onlardan ümumilikdə 212 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, nazirliyin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində, 1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı Abdullayev Nadir Məhəmməd oğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə 210 kiloqram həşişi Moskva şəhərinə gətirərkən yaxalanıblar. Müəyyən edilib ki, həmin narkotik vasitələr əvvəlcədən əldə olunmuş razılığa əsasən qaçaq yolla Avropa ölkələrindən birinin ərazisinə keçirilib və sonradan oradan satış üçün Rusiya Federasiyasına idxal olunan güllərin içərisində gizlədilib.

MTN tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasının qarşısı alınıb, Azərbaycan Respublikasının vətəndaşları - Məmmədova Leyla Həsən qızı və Qodunova Lyubov İvanovna şübhəli şəxs qismində tutulublar. Onlardan təxminən 205 qram heroin aşkar edilərək götürülüb.

MTN-in həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Allahverdiyev Vüsal Natiq oğlu, İsmayılov Yasim Yusif oğlu və Məmmədov Məhəmmədli Elgiz oğlu şübhəli şəxs qismində tutulub, onlardan narkotik vasitə olan 1 kiloqram 762 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq