Rusiyanı “Eurovision”da Polina Qaqarina təmsil edəcək

MƏDƏNİYYƏT
14:28 10.03.2015
2065

Müğənni artıq müsabiqə üçün ingilis dilində mahnı yazdırıb.

Rusiyalı müğənni Polina Qaqarinanın “Eurovision-2015”də iştirak etməsi ilə bağlı xəbər onun Facebook səhifəsində yazılıb. Mahnı müsabiqəsini yayımlayacaq Birinci kanal hələ ki, “Eurovision-2015”-də Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı məlumat verməyib.

Bu barədə AZXEBER.COM Lenta-ya istinadən xəbər verir.

“Polina Qaqarinanın “Eurovision-2015”də iştirak edəcəyi ilə bağlı məlumatı sabah Birinci kanalda, Xəbərlər proqramının axşam buraxılışında gözləyin”, - sosial şəbəkədə məlumat verilir.

Bununla yanaşı, məlumata müğənninin “Eurovision” müsabiqəsinin loqosu ilə bir yerdə şəkil əlavə olunub.

Qaqarinanın Vyanaya gedəcəyi ilə bağlı Hello jurnalı dünən yazıb. Nəşrin məlumatına əsasən, müğənni artıq müsabiqə üçün ingilis dilində mahnı yazdırıb.

Qeyd edək ki, 2015-ci ildə “Eurovision” müsabiqəsi mayda Vyanada keçiriləcək.

OXŞAR XƏBƏRLƏR