Rusiyanı gözləyən neft təhlükəsi: Hasilatın üçdə birini itirə bilər

Rusiyanı gözləyən neft təhlükəsi: Hasilatın üçdə birini itirə bilər
DÜNYA
14:53 20.04.2022
582
Rusiya neft hasilatının üçdə birini itirə bilər, artıq 7,4% azalma qeydə alınıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, apreldə iki həftə ərzində Rusiya Federasiyasının neft sənayesi gündəlik hasilatın 7,4%-ni itirib.
 
Proqnozlara görə, Rusiya Federasiyasının əsas ixrac əmtəəsinin istehsalı azalacaq. Bu barədə "The Moscow Times” araşdırma aparıb.
 
Aprelin ortalarına qədər Rusiya Federasiyasında gündəlik neft hasilatı 800 min bareldən çox (7,4%) azalıb. Aprelin 4-də isə azalma sutkada təxminən 450 min barel səviyyəsində olub. 10 gün sonra ikiqat artıb.
 
Belə ki, Rusiya mətbuatının məlumatına görə, gündəlik 11,01 milyon bareldən 10,2 milyonu qalıb. "Reuters” mənbəsi iddia edir ki, aprelin 11-də hasilat artıq sutkada 9,76 milyon barrelə düşüb.
 
Beynəlxalq Enerji Agentliyi Rusiyanın neft hasilatının üçdə birini, yəni gündə 3 milyon barelini itirəcəyini və neft sənayesinin 2004-cü ildəki vəziyyətinə qaytarılacağını proqnozlaşdırır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR