Rusiyanın altı regionunda raket təhlükəsi elan edilib

Rusiyanın altı regionunda raket təhlükəsi elan edilib
DÜNYA
18:43 27.02.2026
371
Rusiyanın Sverdlovsk vilayətində raket təhlükəsi elan edilib.

Təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Sakinlərə evdə qalmaları və zərurət yarandıqda, dayanıqlı binalarda və ya yeraltı keçidlərdə sığınacaq axtarmaları tövsiyə olunur.

Təhlükənin aradan qalxdığı barədə rəsmi məlumat verilənə qədər sakinlərə təhlükəsiz yerdə qalmaq tapşırılıb.

Vilayət qubernatoru Denis Pasler bildirib ki, dağıntılara yaxınlaşmaq və Hava Hücumundan Müdafiə vasitələri və dronların çəkilişini aparmaq qadağandır.

Raket təhlükəsi Sverdlovsk vilayətindən başqa, Rusiyanın Perm diyarı, həmçinin Tatarıstan, Udmurtiya, Orenburq vilayəti və Başqırdıstanda da elan edilib.
 
\apa
OXŞAR XƏBƏRLƏR