Rusiyanın Çerniqova hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb

Rusiyanın Çerniqova hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb
DÜNYA
19:58 17.04.2024
156
Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan üçü uşaqdır.

Dağıntılar altından üç nəfər xilas edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.
 
///report
OXŞAR XƏBƏRLƏR