Rusiyanın Kosmik Agentliyi "Roskosmos” 2025-ci ilə qədər NASA ilə birlikdə uçuşları davam etdirəcəyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) və Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyaya birgə çarpaz uçuşları nəzərdə tutan proqramın müddətini 2025-ci ilə qədər uzadıb.
Razılaşma sayəsində Rusiya və ABŞ çətin münasibətlərə baxmayaraq, Beynəlxalq Kosmik Stansiyaya ekipaj göndərməkdə əməkdaşlığı davam etdirəcəklər.
Gülay