Ruslan Abışova 1,1 milyon dollar verdilər - TRANSFER

İDMAN
00:01 14.06.2012
3145
“Xəzər Lənkəran” Ruslan Abışova 2 illik müqavilə qarşılığında 1,1 milyon dollar ödəyəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında yay fasiləsinin yaranmasından sonra klublar boş oturmaq niyyətində deyil. Ölkəmizin aparıcı klubları “transfer pəncərəsi”ndən maksimum yararlanmaq istəyirlər.Bir neçə gündür ki, açılmış “transfer pəncərəsi”ndən artıq boylananlar var. Məsələn, “Xəzər Lənkəran” futbol klubu. Birdən-birə 3 futbolçusunu göndərən cənub təmsilçisi əvəzində 1 rumıniyalı oyunçunun keçidini razılaşdırıb. O da Manuel Skarlatakedir.Bundan əlavə, “Xəzər Lənkəran” “Neftçi”dən ayrılan Ruslan Abışovun da xidmətində maraqlıdır. Belə ki, cənub təmsilçisinin adıçəkilən futbolçu ilə anlaşdığı xəbəri yayılıb. Ruslanın “Xəzər Lənkəran”la illik 450 min manat dəyərində müqavilə bağladığı da deyilir. Amma klub rəhbərliyi Abışovun keçidini təsdiqləmir.

OXŞAR XƏBƏRLƏR