Ruslan "Xəzər Lənkəran"ın tarixinə düşdü

İDMAN
16:09 07.07.2012
1701

Azxeber.com-un verdiyi məlumata görə, Azərbaycan milli komandasının oyunçusu Ruslan Abışov Lənkəran klubunda ilk dəfə rəsmi matça çıxıb. Onun debütü Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya “Nomme Kalyu”su ilə ilk oyununa təsadüf edib. Ruslan “Xəzər Lənkəran” tarixinə 145-ci futbolçu kimi düşdü. Lənkəran şəhər stadionundakı matçadək klubun 8 illik tarixində 144 futbolçu rəsmi oyunlarda meydana çıxmışdı. Onlardan 89-u legioner, 55-i yerli futbolçu idi. Yığmamızın üzvü bu siyahıda 56-cı azərbaycanlı futbolçu olub ki, ona “ağ-yaşıl” formada oynamaq nəsib olub.

OXŞAR XƏBƏRLƏR