Ruslar Polşanı 'işğal' edə bilmədi - AVRO 2012-dən fotolar
İDMAN
08:07 13.06.2012
1568
Varşavada rusiyalı futbol azarkeşlərinin küçə yürüşü dava-dalaşla bitib. AZXEBER.COM-un məlumatına görə, polşalılar rusların marşlarını təxribat adlandırıblar və yürüşə etiraz ediblər. Nəticədə qarşıdurma yaranıb.Varşava polisi kütləvi davanı sakitləşdirmək üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Müxtəlif məlumatlara görə, polis 40-dan 56-yadək adamı saxlayıb. Dava-dalaş nəticəsində xəsarət alanlar olub.