Xalq yazıçısı Rüstəm İbrahimbəyovla Nizami Kino Mərkəzində vida mərasiminin ardından dəfn mərasimi keçirilir.
AZXEBER.COM-un məlumatına görə, yazıçı Birinci Fəxri xiyabanda torpağa tapşırılır.
Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib.
1939-cu ildə Bakı şəhərində anadan olan yazıçı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.