09:22 çərşənbə, 19 Sentyabr 2018
SİYASƏT

"Rüstəm İbrahimbəyov öz anasından da imtina edib" - Oqtay Mirqasımov

16:14, 24.05.20188102
"Rüstəm İbrahimbəyov görünür xəstələnib və başını itirib. Belə olmasaydı o öz anasından imtina edib, başqa ana axtarışına çıxmazdı”.

Bu sözləri AZXEBER.COM-a danışan Azərbaycanın Respublikasının xalq artisti, Azərbaycan Respublikası Kinematoqraflar İttifaqının katibi, tanınmış kinorejissor və ssenarist Oqtay Mirqasımov söyləyib.

O bildirib ki, vətən anadır və kimsə öz vətəninə qarşı çıxırsa, demək həm də anasından imtina edir:

"Rüstəm İbrahimbəyov çox riyakar adamdır. O hələ iqtidarda olduğu dövrdə mən onu çox kəskin tənqid edirdim. Buna görə aramızda ciddi mübahisələr yaranırdı.  Sonda qapını üzünə çırpıb getdim. Bir müddət sonra o açıq xəyanət yolunu tutdu. Yazdı ki, guya ermənilər gedəndən Bakı öz gözəlliyini itirib. Bütün bakılıları təhqir etdi. Mən sırf bakılıyam və bakılı olmağımla fəxr edirəm. Ermənilər o zamanlar Bakıda həkim, dərzi, usta işləyirdilər. Onlar gedəndən sonra həkimmi yoxdur ölkədə?! Yoxsa dərzi, usta yoxdur?! Bu adam sadəcə kiminsə dəyirmanına su tökür. Sifarişlə danışır, açıq təxribatla məşğuldur. Rüstəm əslində çoxdankı təxribatçıdır və zaman-zaman iç üzü açılır”.

// Azər Niftiyev, AZXEBER.COM
XƏBƏR LENTİ