Mərkəzi Seçki Komissiyası (MSK) Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun sənədlərini təsdiq etməyib.
AZXEBER.COM xəbər verir ki, bu barədə qərar MSK-nin bu gün keçirilmiş iclasında qəbul olunub.R.İbrayimbəyovla bağlı qərara şərh verən MSK-nın katibi Arifə Muxtarova onun namizədliyinin təsdiq edilməməsini bunun üçün hüquqi əsasların olmaması ilə əlaqələndirib.