Uralın güc strukturları bütün ipləri ilə Rusiyadan kənarda yaşayan “qanuni oğru”ya-Rövşən Caniyevə bağlı olan azərbaycanlı “biznesmen”ə qarşı xüsusi əməliyyat keçirib.
Bu dəfə məlum olub ki, polislər Federal Təhqiqat Bürosunun əməliyyatçıları ilə birgə məşhur qalmaqallı 4 nömrəli tərəvəz bazasına gəliblər. Bundan əvvəl həmin ərazidə böyük miqdarda pul toplayıb xaricə yollayan “iş adamı” Mail Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, “çirkli milyonlar” son illər Türkiyədə yaşasa da, oradan Yekatirunbuqrdakı diaspora nəzarəti bərpa etməyə çalışan tanınmış azərbaycanlı “qanuni oğru” “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyevə çatdırılır.
Xüsusi əməliyyat zamanı güc strukturları müəyyən ediblər ki, tərəvəz bazasında bütöv bir cinayətkar qruplaşma fəaliyyət göstərir və onlar quldur basqınlarında, soyğunçuluqda, narkotik maddələrin qanunsuz dövriyyəsində, eləcə də cinayətkar vasitələrlə əldə edilən gəlirlərin leqallaşdırılmasında ixtisaslaşıblar.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Rövşən Lənkəranski mütəşəkkil cinayətkar dəstəni nəzarət altında saxlayıb, saxlanılan Mail Əliyev isə təkcə pulyığan yox, həm dağıdılan dəstənin xəzinədarı olub.
Qara kassanın gəliri gündə 5 milyon rubl olub, meyvə və tərəvəzin mövsümü reallaşması zamanı isə həmin məbləğ 30 milyon rubla çatıb.
Bundan başqa, tərəvəz bazasının anbarında axtarış zamanı ümumi dəyəri təxminən 10 milyon rubl olan araq və viski tapılıb.
///Modern.az