Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
İQTİSADİYYAT
13:44 09.06.2026
237
"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin və işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra  edilibdir”

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, büdcə balansının belə müsbət nəticələnməsi dövlət maliyyəsinin idarə edilməsində fiskal intizamın gücləndirilməsi göstəricisi kimi qiymətləndirilə bilər:

"Keçən il dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş proqnoz göstəricilərindən 2,2 faiz çox olmaqla 39,2 mlrd. manat, xərcləri isə təsdiq olunmuş proqnoz göstəricilərindən 6,8 faiz az olmaqla 38,6 mlrd. manat təşkil etmiş və dövlət büdcəsi uzun illərdən sonra 580,0 milyon manat profisitlə icra edilmişdir. Büdcə balansının belə müsbət nəticələnməsi (yəni, gəlirlərin xərcləri üstələməsi) dövlət maliyyəsinin idarə edilməsində fiskal intizamın gücləndirilməsi göstəricisi kimi qiymətləndirilə bilər. Lakin, Hesablama Palatasının Rəyində də qeyd olunduğu kimi, gəlirlərin ardıcıl olaraq proqnoz göstəricilərindən yüksək, xərclərin isə nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə aşağı icra olunması, nəticə etibarı ilə büdcə planlaşdırılmasının təkmilləşdirilməsini zəruri edir.

Ötən ildə dövlət büdcəsinin gəlirlərinin proqnozdan artıq icra olunması həm neft-qaz, həm də qeyri-neft-qaz sahələri ilə bağlı olmuşdur. Belə ki, qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 20,4 mlrd. manat təşkil etməsi və proqnozla müqayisədə 311,2 milyon manat və ya 1,6 faiz artıq icrası iqtisadiyyatın şaxələndirilməsi (diversifikasiyası) istiqamətində görülən tədbirlərin müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Lakin, 2025-ci ildə neft-qaz sektoru üzrə daxilolmalar 18,8 mlrd. manat təşkil etdiyi halda, sözügedən sektor yenə də dövlət büdcəsində mühüm yer tutmaqda davam etmişdir.
Həmçinin qeyd olunmalıdır ki, 2025-ci ildə gəlirlərin proqnozdan artıq icrası fonunda dövlət büdcəsinə edilən artıq ödəmə və borc məbləğləri həcminin artımı büdcə gəlirlərinin dayanıqlılığı baxımından müəyyən risklər yaradır”.

Deputat vurğulayıb ki, dövlət büdcəsi xərclərinin proqnozdan əhəmiyyətli dərəcədə az icra edilməsi invesitisiya xərcləri ilə əlaqədardır:

"Eyni zamanda nəzərə alınmalıdır ki, hesabat ilində dövlət büdcəsi xərclərinin proqnozdan əhəmiyyətli dərəcədə az icra edilməsi əsasən, invesitisiya xərcləri ilə əlaqədar olmuşdur. Fikrimizcə, investisiya xərclərinin belə az icra edilməsi sonda layihələrin vaxtında tamamlanmamasına və keçid layihələrin artımına səbəb ola bilər. Hesablama Palatasının Rəyinə diqqət yetirdikdə, aydın olur ki, Palata tərəfindən dövlət maliyyəsinin təkmilləşdirilməsi məqsədilə verilmiş bir çox tövsiyələr orada nəzərə alınıb. Bu tövsiyələr isə öz növbəsində dövlət büdcəsinin gəlirləri üzrə ikili uçotun aradan qaldırılmasını, cari, əsaslı və dövlət borcu xərclərinin qanunauyğun hesablanmasını, dividendlərin dövlət büdcəsinə ödənilməsi meyarlarının hazırlanmasını, xərclərin hesabatlılığında yol verilmiş nöqsanların aradan qaldırılmasını və s. bu kimi istiqamətləri əhatə edir.
Bu baxımdan qurumlararası koordinasiyanı yüksək qiymətləndirir və hesab edirəm ki, belə sıx və işgüzar əlaqələr büdcə sənədləşməsinin keyfiyyətini artırmaqla yanaşı, həm də dövlət maliyyə idarəetməsini təkmilləşdirir”.

"Gələcəkdə büdcənin gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha səmərəli icrası üçün qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə nəzarəti tədbirlərinin və intizamının daha da gücləndirilməsi, büdcə xərclərinin icrasının səmərəlilik və nəticəlilik əsasında qiymətləndirilməsi istiqamətində görüləcək işlərə ehtiyac var. Deyilənləri nəzərə alaraq, ölkə başçısı tərəfindən Milli Məclisə təqdim olunmuş "2025-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini dəstəkləyir və plenar iclasın müzakirəsinə tövsiyyə edirəm”,- deyə deputat vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi