Röya 25 illik hesabatını verdi - FOTOLAR

Röya 25 illik hesabatını verdi - FOTOLAR
MAQAZİN
00:05 01.11.2025
371
Röya Ayxanın 25 illik səhnə yubileyi möhtəşəm konsertlə qeyd olunub

Xalq artisti Röya Ayxanın səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş solo konsertinin ilk günü Heydər Əliyev Sarayında böyük uğurla baş tutub.

"Pop kraliça” konsertdə iki yeni mahnı təqdim edib. Onlardan biri qardaşı İsmayıl Nəcəfovun "Günahkar Kimdir”, digəri isə Murad Arifin "Göz yaşları” mahnıları gecəyə xüsusi rəng qatıb. 

Gecə "Gizli sevgi” mahnısı ilə açılıb. Röya səhnəyə xüsusi brendlərdən hazırlanmış, qaşlarla bəzədilmiş qara libasda çıxaraq tamaşaçıların alqışını qazanıb. 

Konsertə maraq böyük olub – biletlər satışa çıxarıldıqdan cəmi üç gün sonra tam satılıb. Röya Ayxan yubiley konsertlərini sabah da Heydər Əliyev Sarayında davam etdirəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR