Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq
MAQAZİN
19:20 29.03.2026
273
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından mahnı oxuyacaq.

AZXEBER.COM xəbər verir ki, sənətçi bu barədə ARB-nin efirində yayımlanan "İki başlı” verilişində danışıb.

Müğənni bildirib ki, Aygün Kazımovanın repertuarından oxuyacağı musiqi artıq seçilib, lakin sənətçi həmin mahnının adını hələlik sirr saxlayıb:

"Mahnını seçmişəm. Yayda çıxacaq. O mahnı oxunanda bəlkə də, siz çox balaca idiniz. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə aid mahnıdır”.

Qeyd edək ki, illərlə aralarında soyuq küləklər əsən sənətçilər bir müddət öncə iştirak etdikləri məclislərin birində aralarındakı buzları əritmişdilər. 
OXŞAR XƏBƏRLƏR