Röya Ayxandan akustik “Sən və Mən” - VİDEO

Röya Ayxandan akustik “Sən və Mən” - VİDEO
MAQAZİN
11:37 30.01.2026
298
Xalq artisti Röya Ayxan "Sən və Mən”i akustik formatda təqdim edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi "Sən və Mən” adlı mahnısının akustik versiyasını dinləyicilərin ixtiyarına verib.
 
Canlı ifa formatında hazırlanan layihə sadə səhnə quruluşu və səmimi atmosferi ilə seçilir.

Mahnının sözləri Rəşad Dağlıya, musiqisi Nazim Məmmədova məxsusdur. Akustik ifanın rejissoru Kemal Başbuğdur. Layihədə peşəkar musiqiçilərdən ibarət heyət iştirak edib.

Qeyd edək ki, akustik versiya artıq onlayn platformalarda yayımlanıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR