19:04 şənbə, 21 Sentyabr 2019
Maqazin

Röya: "Deyirlər ki, qiymətimiz bahadır, qəşəng qız baha olar da...”

14:33, 05.09.20196632
Röya:
İnstaqram-da paylaşılan gic-gic videolardan, informasiyalardan bezdim. "Rayonda filankəs arvadını başqasıyla tutdu" başlıqlı görüntüləri görmək istəmirəm.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "MTV Azərbaycan"a açıqlamasında bildirib.  O, proqramda İnstaqram sosial şəbəkəsi ilə vidalaşma səbəbini açıqlayıb:

"Hamımızın səhvi var, görə-görə yaşayırıq. Biz incəsənət üzvləriyik, çimərlikdə fotolarımız da yayıla bilər. Bu normaldır. Amma sadə camaatın ora-burasını görmək istəmədim. İnstaqram-ı səhifəmdən sildim. İndi də təzə telefona yükləyə bilmirəm, aləmi bir-birinə qatmışam".

Həmçinin Röya depressiyaya düşdüyü üçün sosial şəbəkədən getməsi barədə yayılan məlumatları təkzib edib: "Depressiyanın İnstaqram-a nə aidiyyəti var? Adam sevgilisindən ayrılıb depressiyaya düşər. Onsuz İnstaqram-a marağım az idi, şəkil çəkdirməkdən də xoşum gəlmir. Mən beləyəm".

Bundan əlavə, Əməkdar artist qardaşını evləndirməyə hazırlaşdığını söyləyib: "Qardaşlarım əsgərlikdən gəlib. Yəqin ki, birinin toyunu edərəm. Yaman evlənmək istəyir. Biri nişanlıdır, amma deyir ki, tezdir, evlənməyək. Amma bu biri özünü öldürür ki, məni evləndir".

Eyni zamanda sənətçi rayon toylarına yüksək qonorarla getdiyini də açıqlayıb: "Guya mən demişəm ki, rayon toylarına getmirəm. Hara gedirəmsə, hamı əyləşir, əl çalır.  Mən də lirika oxuyuram. Ondansa rayonlara konsertə gedim. Başqalarına elə yaxşı oynayırlar ki... Şəmkirlilər məni çox istəyir, anam oralıdır. Haradan təklif gəlirsə, getmişik. Bir az deyirlər ki, qiymətimiz bahadır. Qəşəng qız baha olar da..."

XƏBƏR LENTİ