Türkiyə şou-biznesinə qoşulmaqda iddialı olan müğənni Röya Ayxan qardaş ölkədən vətənə dönərək yerli telekanallarda görünməyə başlayıb.
“Qafqazinfo”nun məlumatına görə,Röyabu gün teleaparıcıNanə Ağamalıyevanın verilişinin qonağı olub. Xarici görünüşündə olduqca dəyişilən Röya qara libası ilə də diqqət çəkib. Həmçinin müğənninin verilişdə qonaq olduğunu eşidən Röya fanatları “ATV” telekanlının önünə yığışıblar. Onun üçün çox darıxdıqlarının deyən fanatlar Röya ilə bol-bol fotolar da çəkdiriblər.