Müğənni Röyaya qızıldan hazırlanmış pyupitr hədiyyə olunub.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə özü İnstagram səhifəsində məlumat verib: "İndi deyəcəm ki, qızıldandır, qınayacaqsınız ki, "Ay, bir imkansıza verərdin"". Amma unutmayın ki, mən də 15 il sonra bunu qazana bildim. “Tak şto” inciməyin, öldürsəniz də, bölüşməyəcəm. Pulum qurtaranda əridib, özümə “kolye” düzəltdirəcəm. Hədiyyəm, mənə xoş gəldin, səninlə gözəl musiqilər ifa edəcəyik. İnşallah”.

