Vəkil "Kurtlar Vadisi" serialının ilham mənbəyi olub
Dekabrın 17-də başlayan "Rüşvət qalmaqalı" əməliyyatı zamanı həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın vəkili ilə bağlı şok xəbər yayılıb.Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan vəkilin adı "Kurtlar Vadisi" serialı ilə bağlı hallanmağa başlayıb.Məlumata görə, uzun müddətdir ki, o, serialda çəkilən bir neçə süjetin əsas ilham mənbəyi olub. Yəni, həmin süjetlər məhz onun verdiyi məlumatlar əsasında ssenariləşdirilib.