Sabah Bakıda hava yağmursuz keçəcək

MARAQLI
21:02 04.12.2011
1334

Paytaxtda havanın temperaturu gecə +1+3°, gündüz +7+9° təşkil edəcək

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, axşam buludluluğun artacağı, gecəyə doğru çiskinli olacağı ehtimalı var. Saniyədə 8-13, gündüz isə arabir 16-20 metr sürətlə cənub-qərb küləyi əsəcək. Abşeronda temperatur gecə +1+3°, gündüz +5+10° olacağı gözlənilir. Bakıda isə havanın temperaturu gecə +1+3°, gündüz +7+9° təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 65-75 faiz olacaq.

OXŞAR XƏBƏRLƏR