"Sabah" Bolqarıstanda dəstəksiz qalmayacaq

"Sabah" Bolqarıstanda dəstəksiz qalmayacaq
İDMAN
12:09 07.08.2025
181
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bolqarıstanda "Levski"nin qonağı olacaq "Sabah" dəstəksiz qalmayacaq.

Bu barədə AZXEBER.COM-a Bakı klubunun mətbuat katibi Elnur Həmidov məlumat verib.

Klub rəsmisi komandanı səfər matçında 20-yə yaxın azarkeşin dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, "Levski" - "Sabah" görüşü Bolqarıstanın paytaxtı Sofiyadakı Georgi Asparuxov adına stadionda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR