Sabah sürücülər ehtiyatlı olsunlar

MARAQLI
12:16 04.04.2011
1725

 

“Yunanıstan prezidenitinin 4-6 aprel 2011-ci il tarixində Azərbaycana rəsmi səfərilə əlaqədar keçiriləcək dövlət əhəmiyyətli tədbirlərində iştirak edəcək. Qonaqların yol hərəkətində təhlükəsizliyinin təmin olunması məqsədilə Bakıda bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılacaq”, - deyə Vaqif Əsədov vurğulayıb.

5 aprel 2011-ci il tarixində səhər saat 8:30-dan 20:00-dək Bakıxanov, İzmir küçələrinin kəsişməsində, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri və Mehdi Hüseyn, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, Neftçilər prospekti və Yusif Səfərov küçəsilə Aeroport şosesi üzrə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Eyni zamanda, 6 apreldə səhər saat 10:00-dan tədbir qurtarana qədər həmin marşrutla, Rəşid Behbudov küçəsi, Qələbə meydanı, F.X.Xoyski prospektilə Heydər Əliyev prospekti boyunca avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bununla əlaqədar, BŞDYPİ sürücülərdən deyilən istiqamətərdə şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edir.

 

OXŞAR XƏBƏRLƏR