"Sabah” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyuna çıxıb.
AZXEBER.COM xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Moldovada "Petrokub”la qarşılaşıb.
Görüşə saat 21:00-da start verilib.
İlk hissəsi qolsuz yekunlaşan matçın ikinci hissəsində azarkeşlər 2 qola şahidlik ediblər. Oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 31-də Bakıda olacaq.