“Sabah” və “Araz-Naxçıvan” cavab matçına çıxır

“Sabah” və “Araz-Naxçıvan” cavab matçına çıxır
İDMAN
09:07 14.08.2025
160
"Sabah" və "Araz-Naxçıvan" komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün cavab oyunlarına çıxacaqlar.

AZXEBER.COM xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Bolqarıstanın "Levski" (Sofiya) kollektivini qəbul edəcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi ukraynalı Mikola Balakin olacaq. "Bayquşlar" səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək.

"Araz-Naxçıvan" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub. Mərhələ adlayan komanda Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR